...

BDU-nun 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Mart 2019 00:13 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib.
BDU-nun 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, yarışmaya respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda qatılıb.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub gərgin mübarizə şəraitində keçib.

Yarışın nəticəsi olaraq BDU ilk yerin qalibi olub. Növbəti yerləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə UNEC komandaları bölüşüb.

Qeyd edək ki, yarışmada, eyni zamanda, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandaları da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti