...

Genişmiqyaslı təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)

Cəmiyyət Materials 11 Mart 2019 18:29 (UTC +04:00)
Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Genişmiqyaslı təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)

Bakı. Trend:

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Qeyd edək ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti