Bakı. İlhamə İsabalayeva - Trend:
Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.
Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.
İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.
Zərərçəkənlərin xəsarətləri ağır olmayıb.