...

Şüvəlan və Buzovnada 5 küçə təmir edilib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2019 19:04 (UTC +04:00)
Xəzər rayonu Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edilib.
Şüvəlan və Buzovnada 5 küçə təmir edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Xəzər rayonu Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, rayonun Şüvəlan qəsəbəsində təmir işləri aparılan 1540 metr uzunluğu və 9.5 metr eni olan Almaz İldırım küçəsi, həmçinin uzunluğu 700 metr, eni isə 5.5 metr olan Bağ küçəsidir. Almaz İldırım küçəsində 14600 kv.m, Bağ küçəsində isə 4400 kv.m sahədə yol yatağı profilə salınıb, yol əsası tikilib və yeni asfalt-beton örtüyü döşənib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində rayonun Buzovna qəsəbəsində isə 3 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşıb. Bu uzunluqları 1.6 km olan Natavan, 1 km olan Allahverdi Əfəndiyev və 1.6 km olan Ayna Sultanova küçələridir. Küçələrin enləri 5-6 metr arası dəyişir.

Natavan küçəsinin 8 min kv.m., Allahverdi Əfəndiyev küçəsinin 6 min kv.m., Ayna Sultanova küçəsinin isə 9600 kv.m sahəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirilib və yol əsası tikilib, yolun hərəkət hissəsi profilə salınıb və asfaltlanma işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti