Bakı. Trend:
Azərbaycan əhalisinin 10 milyona çatması münasibəti ilə ölkə gənclərinin təşəbbüsü ilə Bakının görkəmli və rəmzi məna daşıyan ərazilərində kütləvi aksiyalar, fleşmoblar təşkil edilir.
Trend-in məlumatına görə, ən böyük belə aksiya – Gənclər və İdman və Mədəniyyət Nazirliklərin dəstəyi ilə 1000 nəfərədək gəncin iştirakı ilə baş tutub.
Gənclər 10.000.000 rəqəmini ölkənin müstəqillik rəmzi olan Bayraq Meydanında “yazıblar”.