Qaradağda “Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Qaradağda “Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Bakı. Trend:

YAP Qaradağ rayon təşkilatı Rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda "dəyrimi masa" keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, ötən bir ildə də Prezident İlham Əliyevin sosial-iqtisadi sahədə həyata keçirdiyi davamlı islahatlar sistemli və ardıcıl olub: "Sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir. Döv­lətin vətəndaş­ların həyati tələbatları­nın ödənil­məsinə göstər­diyi qayğı özü­nü bilavasitə sosial təminat sistemində biruzə verir".

Rayon icra hakimiyyəti başçısı diqqətə çatdırıb ki, Azərbaycanda 2003-cu ildən başlayaraq sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə aparılan islahatların son bir ildə də ugurla davam etdirilib: "Təkcə ötən bir il ərzində əldə olunan ugurların miqyasına baxmaq kifayətdir. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqram başa çatdı. Prezident bölgələrə 24 dəfə səfər etdi, mühüm sosial və hərbi təyinatlı obyektlərin açılışını etdi. Avropa İttifaqı ilə Yeni Tərəfdaşlıq Prioritetləri müəyyənləşdi, Qoşulmama Hərəkatına sədrlik Azərbaycan həvalə edildi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalandı. O bildirdi ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanıldı, Naxçıvanda ugurlu Günnüt əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olundu.

Ötən ilin mayında Cənub Qaz Dəhlizinin, iyunda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışının olması əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Ələt Beynəlxalq Ticarət Limanının fəaliyyətə başlaması da bu dövrə təsadüf edir. Bütövlükdə bütün sahələrdə əldə olunan ugurlar bu siyasətə alternativin olmadıgını sübuta yetirir".

YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov Azərbaycanın regionda, eləcə də dünyada əsas söz sahibinə çevrildiyini bildirib: "Ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb".

Millət vəkili bildirib ki, dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır: "Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar. 2019-ci ilin dövlət büdcəsinin 33,4 faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan məsələdir. Bu il əməkhaqqları 38 faiz artıb. Minimum pensiyaların məbləği də 38 faiz artaraq 116 manatdan 160 manata yüksəlib. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatının yaxşılaşdırılmasına yönəlib. İqtisadi islahatların nəticəsi olaraq ölkəmizdə əməkhaqları, pensiyalar da davamlı olaraq artırılacaq.

Prezidentin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb və bu il 800 mənzilin verilməsi nəzərdə tutulub. 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər Prezidentin müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb. Əhalini çoxdan narahat edən problemli kreditlərlə baglı məsəslə insanları razı salacaq formada öz həllini tapıb".

A.Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar nüfuzlu reytinq təşkilatları tərəfindən də təqdir edilir: "Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirdiyi geniş rəy sorğusu bunu bir daha təsdiq edir. Xüsusi vurgulamaq lazımdır ki, adıçəkilən nüfuzlu təşkilat 2018-ci il prezident seçkiləri ərəfəsi də rəy sorgusu keçirmiş və ölkə əhalisi İlham Əliyevə böyük dəstək nümayiş etdirmişdilər.

“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib. Belə yüksək nəticə onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür".

Millət vəkili qeyd edib ki, paytaxta və bölgələrə səfərlərində vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumalara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır.

Millət vəkili Tahir Mirkişili bildirib ki, cari ildə dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin davam etdirilməsi nəzərdə tutulub: "Sosial müdafiə sistemində yeni institut formalaşıb. Bütövlükdə, dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən birdəfəlik ödənişlərin verilməsi proqramı üçün 50 milyon manat vəsaiti ayrılıb. 2019-cu ildə təxminən 5000 köçkün ailəsinə yeni mənzillər veriləcək. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə isə 800 mənzil veriləcək, 7000 ailə özünəməşğulluq proqramından faydalanacaq".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır: "Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış "ASAN xidmət" mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış "müştəri məmnunluğu" ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir".

Tədbirdə çıxış edən 3 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisi Nəriman Qurbanov, SOCAR Təlim Tədris Sertifikatlaşdırma İdarəsi Qobustan Regional mərkəzinin direktoru Nəzakət Məmmədova ötən bir ildə əldə edilən uğurların təməlində siyasi sabitlik faktorunun mühüm rol oynadıgını bildiriblər.

Gənc fəallar Seyidməmməd Məmmədzadə, Könül Əhmədova Prezident İlham Əliyevin gənclər siyasətindən bəhs ediblər. Azərbaycanda idarəetmə strukturlarında gənclərə yüksək etimadın göstərilməsini bu siyasətin parlaq nümunəsi hesab ediblər.

Fevralın 20-nə manatın məzənnəsi
Fevralın 20-nə manatın məzənnəsi
"Unibank" bu dəfə də səyahətsevərlərin yanındadır
"Unibank" bu dəfə də səyahətsevərlərin yanındadır
Fevralın 19-na manatın məzənnəsi
Fevralın 19-na manatın məzənnəsi
Loading Bars
Xəbər lenti
Piyadanı vurub hadisə yerindən qaçan sürücü xaxlanıldı
Azərbaycanda daha bir aqrar layihənin təqdimatı keçirildi (FOTO)
Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var
İy-qoxu ilə bağlı fermanın rəhbərliyinə xəbərdarlıq edilib
Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub (FOTO)
"Neftçi"nin keçmiş futbolçusu vəfat edib
DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir (ƏLAVƏ OLUNUB)
Rəhim Qazıyevi döyən keçmiş kürəkəni saxlanıldı
Gənc fotoqrafın fərdi sərgisi keçirilir (FOTO)
Komitə əməliyyat keçirdi: Narkotik vasitə və psixotrop maddələr aşkarlandı (FOTO)
AzMİU-da Karyera sərgisi təşkil olunub (FOTO)
Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Xaricilər Azərbaycanı öyrənir: Yeni innovativ platforma hazırlanıb
Şabranda ikimərtəbəli ev tamamilə yanıb
Keçmiş məhkum Bakı sakinini bıçaqla hədələyib telefonunu aldı
Minskdə Həzi Aslanovun 110 illiyi təntənəli şəkildə qeyd edilib (FOTO)
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir (FOTO)
İlahiyyat İnstitutu İstanbulda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir (FOTO)
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO)
İranda daha 3 nəfər yeni koronavirusa yoluxub
Sabahın hava proqnozu açıqlandı
Mərkəzi Bankdan valyuta rejiminə dair mühüm QƏRAR
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Radikallar ümidsizlik bataqlığında vurnuxurlar - "Politşou" təqdim edir (Videolayihə)
Bakıda doqquzmərtəbəli binada yanğın olub
Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib
Sumqayıtda ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilib (FOTO)
Bəzi xəstələr ixtisas həkiminə birbaşa müraciət edə biləcəklər
Dünyanın ən iri heyvanının sayı kəskin artıb
Azərbaycanda bir ildə 7316 nəfər sürücülük hüququndan məhrum edildi - RƏSMİ
UNEC brendi Avropada tanındı
Baş Prokurorluğa yeni idarə rəisi təyin edildi
Koreyanın Ticarət İnvestisiya Agentliyi Azərbaycanda iqtisadi siyasətin uğurlarından yazıb
Azərbaycanda ölüm faktına görə həkimlərə verilən cəza tədbirləri açıqlandı
Səhiyyə işçilərinin əməyi keyfiyyət göstəricisinə görə qiymətləndiriləcək
Zaur Əliyev: Xaricdə təhsil alan həkimləri regionlardakı xəstəxanalara cəlb etməyə çalışırıq
DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci oldu (FOTO)
Azərbaycan nefti bahalaşıb
Tibb işçilərinin əməkhaqlarına edilən əlavələr hesablanır - Zaur Əliyev
Ölümlə nəticələnən qəza törədən sürücüyə cinayət işi açıldı
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub (FOTO)
Tibbi sığorta xidmətləri üzrə əhalinin müraciətləri açıqlandı
Sumqayıtda 40-50-ci illərdə inşa edilən binalar söküləcək
Azərbaycan Antiqua və Barbudaya yardım edib (FOTO)
Azərbaycan şirkətləri beynəlxalq sərgidə mükafata layiq görüldü (FOTO)
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir
Binədə "Lada" 45 yaşlı qadını xəstəxanalıq etdi
İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı (FOTO)
Magistraturalara qəbul imtahanının vaxtı açıqlandı
AFFA rəsmisi "İnter"in matçına təyinat alıb
İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlərlə bağlı statistika açıqlandı
Bakı metrosunda qatarların gecikmə SƏBƏBİ bilindi
Bakı polisi 53 nəfəri saxladı
Baş prokuror Zakir Qaralov Şirvan və Sabirabad sakinlərini qəbul edəcək
İranda koronavirusla əlaqədar komitə yaradıldı
Şabranda "VAZ" 78 yaşlı qadını vurub öldürdü
Bu marşrutlar da BakıKart-la işləyəcək
Millimiz Türkiyə yığması ilə oynayacaq
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Bakıda villa gözətçisi bıçaqlandı
Fevralın 20-də xarici valyutaların manata qarşı məzənnələri
Deputatlar “Xocalıya ədalət” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır (FOTO)
Azərbaycan Livana fındıq ixrac etdi - İlk nəticələr
Kürdəmirdə ikimərtəbəli evdə yanğın olub
Yaponiyada zəlzələ baş verib
Hindistanda avtobus qəzası nəticəsində 19 nəfər öldü
Çin uğurla 4 eksperimental peyk buraxdı
Azərbaycan şərab istehsalını artıracaq
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 82 nəfərə çatdı
"Berlinale" Film Festivalı "Selincer ilim" dramının nümayişi ilə açılacaq
Hindistan ordusunda qadınlara yüksək rütbə verilməsinə icazə verildi
Rusiya “Yukos” işi üzrə 50 milyard təzminat ödəməlidir
BMT: Uşaqların gələcəyi təhlükə altındadır
UEFA Çempionlar Liqası: “Atalanta” “Valensiya”nı, “Leyptsiq” “Tottenhem”i məğlub edib
Avstriya və Niderlandın XİN başçılarının İrana səfəri gözlənilir
Uşaqların mədə tutumu qida rasionunda nəzərə alınmalıdır
ABŞ Somalidə "Əş-Şəbab" qruplaşmasının üç silahlısını məhv etdi
İspan fermerləri ədalət tələb edir
İtaliyanın “Intesa Sanpaolo” bankı Avropa üzrə 7-ci ola bilər
Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb
Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə başlanılıb
Gəncənin Baş planının hazırlanmasına start verilib (FOTO)
Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
İranda koronavirusdan 2 nəfər ölüb
TBMM üzvü: Azərbaycan və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyir
Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb
DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək
SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)
Dəmir yolu stansiyasında partladıcılar tapılıb (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər (FOTO)
Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)
MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)
Xəzərdə zəlzələ olub
Bütün xəbərlər