...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 14 Aprel 2019 13:23 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti