...

Bakıda AGF Junior Trophy-nin çöxnövçülükdə mükafatlandırma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2019 20:46 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin fərdi proqramda çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.
Bakıda AGF Junior Trophy-nin çöxnövçülükdə mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin fərdi proqramda çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qızıl medalı rusiyalı Anastasiya Simakova qazanıb, "gümüş"ün sahibi italiyalı Sofia Raffaelli olub, bürünc medal isə Rusiya təmsilçisi Dariya Serqayevanın olub

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat AGF Trophy-nin təqdimetmə mərasimi də keçirilib. Mükafat azərbaycanlı gimnast Arzu Cəlilovaya verilib.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti