...

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

Cəmiyyət Materials 21 Aprel 2019 16:01 (UTC +04:00)
Azərbaycan komandası bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində 21.500 bal toplayaraq qızıl medal qazanıb
Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan komandası bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində 21.500 bal toplayaraq qızıl medal qazanıb.

Trend-in məlumatına görə, gümüş medalı İtaliya komandası (21.500 bal), bürünc medalı isə Belarus komandası (20.100 bal) qazanıblar.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Xəbər lenti

Xəbər lenti