...

Masazırda yaralananların vəziyyəti barədə Səhiyyə Nazirliyindən AÇIQLAMA – Evə buraxılıblar

Cəmiyyət Materials 28 Aprel 2019 12:55 (UTC +04:00)
Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Masazırda yaralananların vəziyyəti barədə Səhiyyə Nazirliyindən AÇIQLAMA – Evə buraxılıblar

Bakı. Samir Əli - Trend:

Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıblar, həyatı təhlükələri yoxdur.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata əsasən, xəsarət alan 3 şəxsin səhhəti normal olduğundan evə buraxılıb.

Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti