...

Şamaxı İH başçısının rayonun kəndlərində növbəti səyyar görüşləri keçirilib

Cəmiyyət Materials 1 May 2019 21:57 (UTC +04:00)
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü rayonun Bağırlı və Hacıqədirli kəndlərində keçirilib.
Şamaxı İH başçısının rayonun kəndlərində növbəti səyyar görüşləri keçirilib

Bakı. Trend:

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü rayonun Bağırlı və Hacıqədirli kəndlərində keçirilib.

Trend-in məlumatına görə, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.

Görüşdə sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bağırlı kənd sakinləri yeni məktəb binasının inşasını, Hacıqədirli kənd sakinləri isə suvarma suyu infrastrukturunun yaradılmasını əsas problem kimi qaldırıb. Vətəndaşlara bu problemlərin Dövlət Proqramları çərçivəsində öz həllii tapacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti