...

Azərbaycanda ilk dəfə xəstələrə “ağıllı xəstə qolbağı” paylanılıb

Cəmiyyət Materials 8 May 2019 14:59 (UTC +04:00)
Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.
Azərbaycanda ilk dəfə xəstələrə  “ağıllı xəstə qolbağı” paylanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin səhiyyə müəssisəsində xəstələrə “Ağıllı xəstə qolbağı” paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.

Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan “ESİM Yazılım” şirkətinin “OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti