Bakı. Trend:
Çin ABŞ-yə nadir torpaq metallarının sadələşdirilmiş tədarükü sistemini yaradır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Çin bunun üçün VEU (yoxlanılmış son istifadəçi sistemi) mexanizmindən istifadə etmək istəyir.
Bu mexanizm vasitəsilə nadir torpaq materiallarının ABŞ ordusu üçün tədarükünü istisna etməklə Birləşmiş Ştatlara ixracı ilə bağlı Vaşinqtonun şərtlərini yerinə yetirmək mümkün olacaq.
