...

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən çıxarıldı

İdman Materials 11 Noyabr 2025 17:37 (UTC +04:00)
Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən çıxarıldı

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Trend-ə verilən məlumata görə, yığmanın futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti