Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir azərbaycanlı atlet körpücük üzərinə çıxıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Fazilə İmanova 77 kq çəki dərəcəsində iki hərəkətin cəmində 189 kq (84 kq + 105 kq) nəticə göstərib.
Qeyd edək ki, idmançımız yarışı yeddinci pillədə başa vurub.
