...

Türkiyədə körpü çökməsi nəticəsində üç işçi ölüb

Dünya xəbərləri Materials 11 Noyabr 2025 19:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı baş verən qəfil çökmə nəticəsində üç işçi həlak olub, ikisi isə yaralanıb.

Trend xəbər verir ki, hadisə Kulp-Muş avtomobil yolunun ikinci kilometrliyində, Karabulak məhəlləsindəki Kupka kəndi yaxınlığında tikilən dairəvi yolda baş verib.

Hadisə zamanı ağır yaralanan dörd işçi xəstəxanaya çatdırılıb və dağıntılar altında qalan işçiləri xilas etmək üçün genişmiqyaslı əməliyyat başlayıb.

Bölgədə axtarış-xilasetmə işləri davam edir və səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.

Xəbər lenti

Xəbər lenti