...

Türkiyənin daxili işlər naziri gürcüstanlı həmkarı ilə C130 təyyarəsi qəzasını müzakirə edib

Dünya xəbərləri Materials 11 Noyabr 2025 17:36 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri gürcüstanlı həmkarı ilə C130 təyyarəsi qəzasını müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcü həmkarı Gela Geladze ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Ali Yerlikaya “X” sosial şəbəkə hesabında paylaşım edib.

Nazir Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladığını bildirib.

O, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti