...

Şəmkirdə avtobus qəzasında yaralananlar tikintidə çalışan fəhlələr olub

Cəmiyyət Materials 8 May 2019 18:26 (UTC +04:00)
Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib.
Şəmkirdə avtobus qəzasında yaralananlar tikintidə çalışan fəhlələr olub

Baklı. Ceyhun Ələkbərov - Trend:

Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

Qurum sözçüsü bildirib ki, avtobus tikintidə işləyən şəxsləri daşıyırmış:

"20-EA-747 dövlət nömrə nişanlı mikroavtobus fərdi şəkildə hansısa şirkətlə müqavilə əsasında fəaliyyət göstərir. O, yaxınlıqdakı tikinti sahəsində çalışan şəxsləri daşıyarkən minik avtomobili ilə toqquşub. Ölən şəxslər isə minik avtomobilinin sərnişinləri olub".

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti