...

Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" arasında keçirilən Avropa Liqasının finalı başa çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 30 May 2019 00:58 (UTC +04:00)
Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" komandaları arasında keçirilən UEFA Avropa Liqasının final qarşılaşması başa çatıb.
Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" arasında keçirilən Avropa Liqasının finalı başa çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" komandaları arasında keçirilən UEFA Avropa Liqasının final qarşılaşması başa çatıb.

Trend-in məlumatına görə, matç "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə Mauritsio Sarrinin yetirmələri üçün turnirdə 2-ci qələbədir. Daha öncə komanda 2012-2013 mövsümünün finalında Amsterdamda qalib gəlib.

Qollar: Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Azar, 65-pen. (3:0), 72 (4:1), İvobi, 69 (3:1).

X X X

23:00

Bakı Olimpiya Stadionunda 23:00-da UEFA Avropa Liqasının final qarşılaşması başlayıb.

Final matçında iki İngiltərə təmsilçisi – “Arsenal” və “Çelsi” qarşılaşır.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti