...

Dilçilik İnstitutu: Nəsimi dilinin izahlı lüğəti hazırlanmalıdır

Cəmiyyət Materials 10 İyun 2019 14:35 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin dilinin izahlı lüğəti hazırlanmalıdır.

Trend-in məlumatına görə, bunu AMEA Dilçilik Institunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Nəsiminin dilində eyni bir söz iki mənada - həm müstəqil, həm də hürufi mənada işlənir:

"Ona görə də bu sözlərin tədqiqatını aparmaq lazımdır. Hesab edirəm ki, Nəsimi yaradıcılığında sözlərin lüğəti mənası ilə yanaşı, hürufi mənasını da araşdırmaq lazımdır".

M.Nağısoylu əlavə edib ki, Nəsiminin şeirləri 14-cü əsrdə yazılsa da, bugünkü oxucu tərəfindən də başa düşülür: "Nəsiminin dili onun özü haqqında güclü və aydın informasiya verir. Şair şeirlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qoruyub, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin yaradıb. O, Azərbaycan dilindən sistemli şəkildə, məhəbbətlə istifadə edib. Nəsimi Azərbaycan ədəbi dilinin banisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti