Bakı. Elçin Mehdiyev - Trend:
İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina veriləcək.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib:
“Hazırda həmin binada təmir işləri aparılır. İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir. Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.
M.Qurbanlı əlavə edib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək:
“Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondu kirayə binada yerləşir. Bundan sonra hər qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.