...

Bakıda “ADA - Avropa İttifaqı 2019” yay məktəbi fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 8 İyul 2019 18:28 (UTC +04:00)
ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA - Avropa İttifaqı 2019” adlı 4-cü yay məktəbi fəaliyyətə başlayıb.
Bakıda “ADA - Avropa İttifaqı 2019” yay məktəbi fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA - Avropa İttifaqı 2019” adlı 4-cü yay məktəbi fəaliyyətə başlayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, 4 həftə davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və məktəblilər üçün intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, müxtəlif mövzularda mühazirələr oxunacaq.

İştirakçılar təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizə prosesini əyani şəkildə izləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti