...

Azərbaycan gimnastı Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb

Cəmiyyət Materials 21 İyul 2019 14:40 (UTC +04:00)
Azərbaycan gimnastı Arzu Cəlilova yuniorlar arasında bədii gimnastika üzrə Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb
Azərbaycan gimnastı Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb

Bakı. Trend:

Azərbaycan gimnastı Arzu Cəlilova yuniorlar arasında bədii gimnastika üzrə Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb.

Trend-in məlumatına görə, A.Cəlilova topla fərdi hərəkətlərdə 19," bal toplayaraq gümüş medalın sahibi olub.

Qızıl medalı Rusiya təmsilçisi Lala Kramarenko (21,525 bal), bürünc medalı isə Belarus təmsilçisi Arina Krasnorutskaya (18,475 bal) qazanıblar.

Bundan əlavə, Azərbaycan gimnastı iplə fərdi hərəkətlərdə 14,4 bal toplayaraq bürünc medal qazanıb.

Rusiya təmsilçisi Anastasiya Simakova (20,6 bal) qızıl, İtaliya təmsilçisi Sofiya Raffaeli isə gümüş medalların sahibi olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti