...

Airbus A319 Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş etdi

Cəmiyyət Materials 27 İyul 2019 00:46 (UTC +04:00)
Bakıdan Dubaya uçan Azərbaycan Hava Yolları J2-015 reysinin kapitanı dönüb Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsini istəyib
Airbus A319 Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş etdi

Bakı. Trend:

Bakıdan Dubaya uçan Azərbaycan Hava Yolları J2-015 reysinin kapitanı geri dönüb Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsini istəyib.

Trend-in məlumatına görə, Airbus A319 təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorun işə düşməsi olub.

Bakı vaxtı ilə 23:28-də təyyarə Bakı hava limanına təhlükəsiz eniş edib. Təyyarəyə baxışdan sonra məlum olub ki, detektor səhvən işə düşüb.

Ümumilikdə, laynerdə, təyyarənin heyəti də daxil olmaqla 113 nəfər olub, xəsarət alan olmayıb.

Sərnişinlər ehtiyat təyyarə ilə Dubaya uçacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti