...

Maqnit qasırğası gözlənilir

Cəmiyyət Materials 5 Avqust 2019 22:20 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Avqustun 5-6-da aşağı səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək, ümumən sakitlik proqnozlaşdırılır.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti