Bakı. Trend:
Öskürək - tənəffüs yolları (burun, burunətrafı ciblər, udlaq, traxeya, bronxlar, plevra) boyunca yerləşən reseptorların qıcıqlanması səbəbilə yaranan tənəffüs yolları əzələlərinin yığılması nəticəsində ağızdan havanın məcburi verilməsidir. Öskürəyin fizioloji rolu tənəffüs traktını yad cismlərdən təmizləmək və burun-hava yollarının keçiriciliyini pozan mexaniki maneələrdən xəbərdar etməkdir.
Öskürəyin əsas növləri. Xarakterinə gorə öskürək qeyri-produktiv (quru) və produktiv (nəm). Quru öskürək adətən KRVİ-nin, kəskin laringit, faringit, bronxit, traxeitin başlanğıc dövründə müşahidə olunur. Quru öskürək əzabverici və üzücüdür, bu zaman bəlğəm ifraz olunmur. Nəm öskürək adətən soyuqdəymə xəstəliklərinin başlanğıcından 2-3 gün sonra yaranır. Nəm öskürək o qədər də əzabverici deyil, xəstəyə rahatlıq verir, bəlğəmin çoxlu ifraz olunması ilə müşahidə olunur.
Öskürəyin əsas səbəbləri. İnsanlar güman edir ki, bronxlarda bəlğəmin olması yalnız xəstəlik əlamətidir. Əslində isə hər gün sağlam insan orqanizmində hər 1 kq çəkiyə 1 ml bronx sekreti əmələ gəlir. Bronx sekreti tənəffüs yollarını toz hissəcikləri, bakteriyalar, duman və başqa qıcıqlandırıcılardan qoruyur və onları sekretlə birlikdə daim orqanizmdən xaric edir. Lakin bəzən, müxtəlif səbəblərdən bu alınmır - məsələn, viruslarla yoluxma zamanı. Bu zaman iltihab inkişaf etməyə başlayır və bronx sekretinin miqdarı artır, kimyəvi tərkibi dəyişir, suyun miqdarı azalır. Nəticədə, selik qatılaşır, orqanizmdən xarıc oluna bilmir və ciddi xəstəliklərin yaranması üçün ideal şərait yaranır. Bu zaman insan atrıq bəlğəmi və onunla birlikdə mikroorqanizmləri xaric etmək üçün öskürür. Bəzən öskürək qatı, yapışqan bəlğəmi xaric edə bilmir, Belə halda orqanizmə kömək lazımdır.
Öskürək xəstənin həkimə müraciət etməsinə səbəb olan ən geniş yayılmış şikayətdir. Ümumiyyətlə qəbul edilib ki, öskürək ağciyər xəstəliklərinin simptomlarına aiddir. Lakin nəzərə almaq lazımdır ki, öskürəyin yaranma səbəbləri müxtəlifdir. Bu səbəblərə yalnız bronx-ağciyər sistemin xəstəlikləri deyil, həmçinin ürəyin, burunətrafı ciblərin, mədə-bağırsaq traktının xəstəlikləri, dərman preparatlarının təsiri və başqa səbəblər aiddir.
Dünyada 1 milyarddan çox insan bağırsaq mikroskopik qurdlar olan nematodlara yoluxub. Bu qurdların törətdiyi xəstəliklər dərin nəfəsalma zamanı güclənən quru öskürək və döş qəfəsində yanma hissi yarada bilər. Parazitlər özlərini göstərmədən orqanları zədələyərək illərlə orqanizmdə yaşaya bilərlər. Buna görədə də öskürək həkimə müraciət üçün səbəbdir.
Öskürək zamanı istifadə olunan dərman vasitələri. Öskürəyin müalicəsində aşağıdakı dərman vasitələrindən istifadə olunur: Öskürək əleyhinə vasitələr - öskürək refleksini tormozlayırlar; Mukolitik vasitələr - bəlğəmi parçalayır və onun xaric olunmasını asanlaşdırır; Mukotənzimləyici vasitələr - bəlğəmin qatılığını normallaşdırır, mukosiliar klirensi bərpa edir; Bəlğəmgətirici vasitələr.
Beləliklə, əgər siz nisbi sağlamsınız və qəflətən sizdə öskürək yaranarsa, bu narahat olmaq və həkimə müraciət etmək üçün ciddi səbəbdir. Çünki öskürək gizli xəstəliklərin olmasından xəbər verə bilər. Həkim tək xəstəliyin səbəbini müəyyənləşdirməyəcək, o, eyni zamanda effektlı müalicəni təyin edəcək. Sağlam olun!
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 – təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz. Sifariş üçün +99455 355 77 00 (whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir