...

Bakıda finlandiyalı rejissorun “Ümidin o biri üzü” filmi nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2019 21:04 (UTC +04:00)
Nizami Kino Mərkəzində finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmi nümayiş olunub.
Bakıda finlandiyalı rejissorun “Ümidin o biri üzü” filmi nümayiş olunub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Nizami Kino Mərkəzində finlandiyalı rejissor Aki Kaurisməkinin "Ümidin o biri üzü" filmi nümayiş olunub.

Trend-in məlumatına görə, ekran əsərinin nümayişindən əvvəl festivalın əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxış edərək Nəsimi festivalı və film barədə məlumat verib.

Qeyd edib ki, ekran əsərində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması öz əksini tapıb. Film kino sahəsində dinlərarası dialoq üzrə beynəlxalq SİGNİS mükafatına layiq görülüb. Daha sonra film təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti