...

Qarabağ qazilərinin adından sui-istifadə edilməsini sübut edən VİDEOFAKT

Cəmiyyət Materials 2 Oktyabr 2019 11:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət SOCAR-ın mühafizə xidməti ilə bir qrup şəxs arasında baş vermiş insidentlə əlaqədar sosial şəbəkələrdə yayılmış videofaktı şərh edib.

Trend-in məlumatına görə, onun şərhində deyilir: "Lütfən paylaşaq, gerçəkləri hər kəs bilsin. Bu videoya diqqət! İlk hissəsi 2017-ci ildə Suraxanıda çəkilib. Bu adam ev tikir özü üçün. Əli ayağı da yerindədir. Sap-sağlam, tir kimi oğlandır. Və ikinci hissəyə - SOCAR mühafizəçiləri ilə olan qarşıdurmaya diqqət. Yenə də mərkəzdə bu adamdır. Amma bu dəfə guya əlildir. Çəliklə gəzir. Hadisə 2019-cu ilə aiddir. Bəlli olur ki, belə adamlar qazi adından beləcə sui-istifadə edir. Ona görə də hüquq mühafizə orqanlarının bu məsələni sonadək araşdırıb cəmiyyətə məlumat verməsini şəxsən bir vətəndaş kimi tələb edirəm. Niyə belə adamlar Qarabağ qazisi kimi müqəddəs addan sui-istifadə edir? Belələri doğrudanmı Vətən üçün vuruşub? Şübhə edirəm şəxsən!".

Videofaktı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti