...

Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər - Nazir

Cəmiyyət Materials 14 Oktyabr 2019 11:52 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da 4 günlük iş həftəsinin tətbiqinin mümkünlüyü məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, nazir qeyd edib ki, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil.

S.Babayev əlavə edib ki, qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər: "Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər. Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti