...

Novxanı-Pirşağı yolundakı ağır QƏZADA 1 ölü, 3 yaralı var

Cəmiyyət Materials 4 Noyabr 2019 15:15 (UTC +04:00)
Novxanı-Pirşağı yolunda baş verən avtoqəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.
Novxanı-Pirşağı yolundakı ağır QƏZADA 1 ölü, 3 yaralı var

Bakı. İlhamə İsabalayeva - Trend:

Novxanı-Pirşağı yolunda baş verən avtoqəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza ilə bağlı təcili tibbi yardıma çağırış 13:10-da daxil olub:

"Qəza nəticəsində 1 qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılara lazımi tibbi yardım göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti