...

Azərbaycan məktəbliləri daha çox BU FƏNLƏR üzrə beynəlxalq olimpiadalarda iştirak edirlər

Cəmiyyət Materials 17 Dekabr 2019 17:06 (UTC +04:00)
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında əsasən riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə iştirak edirlər.
Azərbaycan məktəbliləri daha çox BU FƏNLƏR üzrə beynəlxalq olimpiadalarda iştirak edirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında əsasən riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə iştirak edirlər.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Azərbaycan şagirdləri 15-dən çox beynəlxalq olimpiadada iştirak edir. Bu olimpiadaların qalibləri Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul ola bilirlər.

F.Qarayev əlavə edib ki, Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq üçün məktəblərdə beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Bu gün həmin mərkəzlərdə 300-dən çox şagird məktəbdənkənar fəaliyyət olaraq, dərslərdə iştirak edir. Bu mərkəzlərdə yerli və xaricdən dəvət olunmuş professorlar şagirdlərə dərs keçirlər.

Şöbə müdiri Azərbaycanda fizika, riyaziyyat, kimya, informatika, tarix, Azərbaycan dili, ədəbiyyatı, coğrafiya olmaqla ümumilikdə 8 fənn üzrə respublika fənn olimpiadaları keçirildiyini də xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti