...

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

Cəmiyyət Materials 8 Yanvar 2020 14:09 (UTC +04:00)
“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat yekunlaşıb.
“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

Bakı. İlhamə İsabalayeva - Trend:

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat yekunlaşıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən 367 nəfər www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn qeydiyyatdan keçib. Qeydiyyatdan keçən şagirdlərdən 214 nəfər layihələrini müsabiqəyə təqdim edib.

Qeyd edək ki, müsabiqə 11-13 fevral 2020-ci il tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək.

Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti