...

Yaxın və Orta Şərq siyasətinə dair seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2020 21:25 (UTC +04:00)
Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Yaxın və Orta Şərq siyasətinə dair seminar keçirilib (FOTO)

Bakı. Trend:

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Tarixi dövrümüzün gerçək siyasəti: Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda seminar keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Yaxın və Orta Şərq tarixi və siyasəti seminarlar proqramına start verildiyini və ilk seminarda İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədovun “Tarixi dövrümüzün gerçək siyasəti: Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda məruzə edəcəyini bildirdi.

Fərda Əsədov məruzəsində ilk olaraq tarix və siyasətin qarşılıqlı təsirindən danışdı və bu iki bilik və düşüncə sahələrini birləşdirən tellərin və ayıran sədlərin mövcudluğuna münasibət bildirdi. Yaxın və Orta Şərqi coğrafi və iqtisadi məkan kimi xarakterizə edən F.Əsədov regionun əsas ticarət istiqamətlərindən, xüsusən də İpək yolundan bəhs etdi. Tarixdə Yaxın Şərqi vahid siyasi nəzarət altına almaq cəhdlərindən danışan məruzəçi, regionda tarix boyu mövcud olmuş Assuriya, Əhəmənilər imperiyaları, Makedoniyalı İsgəndərin İmpreiyası, Roma və Parfiya imperiyalarının rəqabəti, Sasanilər dövləti, Ərəb-müsəlman xilafəti, Səlcuqların fəthləri, Səfəvilər və Osmanlılar dövründə müsəlman dünyasının qütbləşməsi, I Dünya müharibəsinin sonunda Yaxın və Orta Şərqdə baş verən siyasi proseslər, eləcə də Yaxın Şərqdə II Dünya müharibəsi sonrası yaranan vəziyyət, həmçinin hazırkı Yaxın Şərq durumunun konturları barədə ətraflı təhlillər apardı.

Məruzədən sonra F.Əsədov seminar iştirakçılarının suallarını cavablandırdı və mövzu ətrafında müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti