...

Qaxda beş otaqlı ev yanıb

Cəmiyyət Materials 22 Yanvar 2020 10:03 (UTC +04:00)
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Qaxda beş otaqlı ev yanıb

Bakı. Trend:

Qax rayonunda bu gecə 5 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Qax rayonunun Lələli kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti