...

Çindən "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandı

Cəmiyyət Materials 31 Yanvar 2020 14:43 (UTC +04:00)
Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb.
Çindən "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandı

Bakı. Samir Əli - Trend:

Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb.

Bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir: "Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".

Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:

"Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".

M. Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti