Bakı. İlhamə İsabalayeva - Trend:
Çində təhsil alan bəzi azərbaycanlı tələbələr koronavirusla əlaqədar yaranan ciddi təhlükəyə baxmayaraq orada qalmağa üstünlük veriblər.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Azərbaycanın Çindəki səfirliyi vasitəsilə əlaqə saxlanılır.
Nazir əlavə edib ki, Çində 62 nəfər hökumətlərarası saziş əsasında, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır:
"Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmayraq orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur".
C.Bayramov bildirib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı ali təhsil alır: "Bir nəfər çinli tələbənin narahatlığı olduğu üçün tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır. Onun səhhətində hər hansı problemlər mövcud deyil".