...

Gənclərin İnkişaf və Karyera Mərkəzi mükafata layiq görüldü

Cəmiyyət Materials 5 Fevral 2020 10:17 (UTC +04:00)
Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə 2019-cu ildə uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatla təltif olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzi mükafata layiq görüldü

Bakı. Trend:

Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə 2019-cu ildə uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatla təltif olunub.

Trend-in məlumatına görə, mükafatı Gənclər günündə bir yaşını qeyd edən GİKM adından baş direktor Rəvanə Həşimova qəbul edib.

Xatırladaq ki, GİKM – Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019- cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır.

Hazırda Gənclərin İnkişaf və Karyera Mərkəzinin 20 rayonda nümayəndəliyi fəaliyyət göstərir. Bu rayonlar sırasında Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy, Yevlax, Lənkəran, Samux, Göygöl, Şamaxı, Göyçay kimiləri var. Bu ilin may ayından sonra GİKM artıq 56 rayonda mövcud olan Heydər Əliyev Mərkəzləri daxilində fəaliyyət göstərəcək.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin bütün fəaliyyətlərinin mərkəzində gənclər dayanır. Mərkəzin əsas məqsədi odur ki, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, hərtərəfli inkişafı təmin olunsun. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclərin hər daim dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq imkanları olsun. Nümayəndəliklərdə təşkil olunan layihələr, tədbirlər və müxtəlif istiqamətli fəaliyyətlər gənclərin fərdi və sosial inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. GİKM həmçinin öz fəaliyyətində gənclərin karyera və peşə seçimlərini dəstəkləmək, onların şəbəkələşmə və sosiallaşma məkanı formalaşdırmaq, peşəkar həyata doğru yönləndirmək, gənc istedadları üzə çıxarmaq və inkişaf etdirmək, ictimai fəal gənclər yetişdirməyi əsas məqsədlər kimi qarşısına qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti