...

“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı rentgenoloq Natalya Astraxanseva

Cəmiyyət Materials 7 Fevral 2020 10:40 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtisaslı rentgenoloqu Natalya Astraxansevanı təqdim edirik.
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı rentgenoloq Natalya Astraxanseva

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtisaslı rentgenoloqu Natalya Astraxansevanı təqdim edirik.

Dr.NATALYA ASTRAXANSEVA Mərkəzi Gömrük Hospitalında bütün rentgen tədqiqatların aparılmasını, bir çox orqan və sistem xəstəliklərinin diaqnostikasını, fistuloqrafiya, döş qəfəsi orqanları, sümük və oynaq R-patologiya, İVP, adenoidin mövcudluğu və dərəcəsi, sinusit və digər müayinələri həyata keçirir.

Dr. Natalya Astraxanseva 1996-cı ildə Həştərxan Dövlət Tibb Akademiyasının Pediatriya fakültəsini bitirib, 1996-1997-ci ildə Həştərxan Dövlət Tibb Akademiyasında pediatriya üzrə internatura keçmişdir. 2001, 2013 və 2019-cu illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib. 2013-cü və 2019-cu illərdə həkimlərin sertifikatlaşdırılması imtahanını uğurla keçərək şüa diaqnostikası üzrə həkim ixtisasını təsdiq etmişdir. 2000-2017-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-rentgenoloq kimi çalışmışdır. Dr.Natalya Astraxanseva 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-rentgenoloq kimi çalışır.

2019-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə akkreditasiya Qaydaları” əsasında Davamlı Tibbi Təhsil üzrə akkreditasiya edilmiş Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikasının aktual problemlərinə həsr edilmiş “Tibbin görən gözü” adlı beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etmişdir.

Dr.Natalya Astraxanseva haqqında daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/natalya-astraxanseva. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti