...

BDU-nun Mətbuat katibi vəzifəsindən azad edilib

Cəmiyyət Materials 12 Fevral 2020 12:49 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova vəzifəsindən azad edilib.
BDU-nun Mətbuat katibi vəzifəsindən azad edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Dövlət Universitetinin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bunu P.İbrahimova özünün sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib: "Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi. 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almışam. 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma universitetdə doktorantura pilləsini bitirmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olmuş, pedaqoji fəaliyyətə cəlb edilmişəm. 10 il (2000-2010) Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Burada fəaliyyətimə son verirəm. Pedaqoji fəaliyyətlə yola davam deyirik!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti