...

Azərbaycanda ölüm faktına görə həkimlərə verilən cəza tədbirləri açıqlandı

Cəmiyyət Materials 20 Fevral 2020 12:08 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığorta sisteminin həyata keçirildiyi müəssisələrdə baş verə biləcək ölüm halları zamanı hansı tədbirlərin görüləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, Z.Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, əgər tibb müəssisəsində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırılır. Ölüm halının baş verməsində həkim səhlənkarlığı olarsa, xəstəxana rəhbərliyi həmin tibb işçisinə töhmət verə bilər. Ölüm faktından asılı olaraq, həkim vəzifəsindən uzaqlaşdırıla da bilər:

"Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, onlar toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti