...

İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr

Cəmiyyət Materials 28 Fevral 2020 00:13 (UTC +04:00)
Sәyyar xәstәxana lazım olduğu halda İran silahlı qüvvәlәri onu yaradacaq
İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr

Bakı. Elnur Bağışov - Trend:

İranın Qum vilayәtindә sәyyar xәstәxana yaradıla bilәr.

Trend-in mәlumatına görә, bunu İranın Qum Tibb Elmlәri Universitetinin direktor әvәzi Әli Әbrazә ISNA-ya açıqlamasında deyib.

Ә.Әbrazәnin sözlәrinә görә, sәyyar xәstәxana lazım olduğu halda İran silahlı qüvvәlәri onu yaradacaq.

Әbrazә deyib ki, Qumda tibbi mәsәlәlәrә düzgün şәkildә riayәt olunmazsa, yoluxma halı 2-3 minә çata bilәr.

İranlı hәkim bildirib ki, hazırda Kamkar vә Fәrqani xәstәxanaları doludur. Ötәn gecәdәn İmam Rza xәstәxanasında qәbullar başlayıb vә qәbul üçün İmam Әli xәstәxanası haıırlanmaqdadır.

Hazırda Qum Tibb Elmlәri Universitetinin rektoru, onun iki müavini, Qumda 10 hәkim vә tibb işçisi yeni koronavirusa yoluxub.

Әbrazә әlavә edib ki, Qumda yeni koronavirus nәticәsindә 18 nәfәr dünyasını dәyişib.

Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi indiyәdәk yeni koronavirus nәticәsindә 26 nәfәrin öldüyünü vә 245 nәfәrin bu virusa yoluxduğunu tәsdiqlәyib. Virus şübhәlisi 1,4 mindәn çoxdur.

Әlavә edәk ki, İranın sәhiyyә nazirinin müavini İrәc Hәrirçi, İran prezidentinin ailә vә qadın mәsәlәlәri üzrә müavini Mәsumә Ebtekar, İran parlamentinin milli tәhlükәsizlik vә xarici siyasәt komitәsinin sәdri Muctaba Zonnur vә parlamentin deputatı Mahmud Sadeqi yeni koronavirusa yoluxub. İranın Vatikandakı sabiq sәfiri Hadi Xosrovşahi isә virus nәticәsindә dünyasını dәyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti