...

“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)

Cəmiyyət Materials 28 Fevral 2020 12:20 (UTC +04:00)
Təbiidir ki, hər bir valideyn övladının sağlam gələcəyini, mükəmməl mühitdə böyüməsini arzulayır.
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)

Bakı. Trend:

Təbiidir ki, hər bir valideyn övladının sağlam gələcəyini, mükəmməl mühitdə böyüməsini arzulayır. Onların gələcəyi isə uşaqlıqdan aşılanan həyat tərzi ilə bütövləşir və formalaşmağa başlayır.

Bu meyarları nəzərə alaraq, “Fərqli gələcək” konsepti ilə martın 12-də “Dəniz Mall” -da açılış edən Ailə və Uşaq Əyləncə Mərkəzi “Kinderland” həm uşaqların, həm də valideynlərin arzularını reallaşdırıb.

“Kinderland”-də 4-14 yaş arası olan uşaqlar ücün 52 müxtəlif fəaliyyət sahələri təşkil olunub ki, bununla da onlar əylənərək, müxtəlif peşə sahibləri kimi özlərini sınayacaqlar.

“Kinderland” layihəsinin ayrılmaz hissəsi isə əsl Airbus A319 təyyarəsidir.

Azərbaycanda ilk dəfə olaraq “Dəniz Mall”-da girişdə qonaqlar üçün quraşdırılan 16 metr uzunluğunda “dəmir quş” yeni bir ölkəyə getməyin əsas simvolu kimi xarakterizə olunur.

İngiltərədən Bakıya qədər uzun yol qət edən və “Garabag” adı daşıyan təyyərə “Kinderland” layihəsinin tərəfdaşı olan “Azərbaycan Hava Yolları” Dövlət Konsernin korporativ üslubuna uyğunlaşdırılıb...

Təyyərədə uşaqların təlimi üçün 6 professional uçuş simulyatorları quraşdırılıb və ən maraqlısı isə real bir təyyərənin pilot kabinində eduteynerlərin köməyi ilə uşaqlar müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirəcəklər.

İnanılmazdır,elə deyil? Bu möhtəşəm və unudulmaz hissləri uşaqlarınıza məhz burada yaşada bilərsiniz.

Beləliklə, 12 mart 2020-də “Kinderland” şəhərciyinə uçuşa hazır ol!

“Kinderland” Ailə və Uşaq Əyləncə Mərkəzinin idarə olunməsı "Caspian Entertainment Company " şirkətinə məxsusdur. Şirkət ölkəmizdə məşhur əyləncə və tədris məkanlarına sahiblik edir. Bunların sırasına “Bumblebee Play / Preschool və Montessori School, “Amburan Kids”, “LaserTag”, “Karting” kimi layihələri aid etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti