Bakı. İlhamə İsabalayeva -Trend:
Təhsil Nazirliyi ölkənin orta məktəblərində rus bölməsi üzrə vakant olan ibtidai sinif müəllimlərinin sayını açıqlayıb.
Statistikaya əsasən rus bölməsi üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bildirib ki, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir:
"Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".