...

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb

Cəmiyyət Materials 6 Mart 2020 10:08 (UTC +04:00)
Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 200 nəfəri ötüb.
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 200 nəfəri ötüb.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.

Bildirilib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti