...

Bakı-Sumqayıt yolunda hərəkət dayanıb (FOTO)

Cəmiyyət Materials 6 Mart 2020 20:31 (UTC +04:00)
Bakı-Sumqayıt və Balaxanı-Novxanı-Sumqayıt avtomobil yollarında hərəkət dayanıb.
Bakı-Sumqayıt yolunda hərəkət dayanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt və Balaxanı-Novxanı-Sumqayıt avtomobil yollarında hərəkət dayanıb.

Trend-in məlumatına görə, adıçəkilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.

Yolun Sumqayıta doğru istiqamətində hər iki yolda hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb.

Hadisəyə Bakı-Sumqayıt yolunda gedən təmir işlərinin səbəb olduğu deyilir. Məlumata görə, Bakı-Sumqayıt yolunda təmir işləri aparıldığından avtomobillər Balaxanı-Binəqədi- Novxanı istiqamətinə yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti