...

Lerikdə sürüşmə zamanı xəsarət alanların səhhəti ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 7 Mart 2020 14:26 (UTC +04:00)
Bildirilib ki, yaralılardan bir nəfəri xəstəxanada saxlanılır, onun vəziyyəti qənaətbəxşdir. Digər yaralıya ambulator yardım göstərildikdən sonra o xəstəxanadan buraxılıb.
Lerikdə sürüşmə zamanı xəsarət alanların səhhəti ilə bağlı AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lerikdə sürüşmə nəticəsində xəsarət alanların sağlamlıq durumu ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, sürüşmə zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan biri ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Digər şəxs isə xəstəxanada saxlanılır, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub. Rayonun Çayrud kəndində baş verən torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb. A.Əlirzayev ölüb, ailənin digər iki üzvü - 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti