...

M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 24 Mart 2020 13:41 (UTC +04:00)
Xüsusi ekspres avtobus xətləri bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.
M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xüsusi ekspres avtobus xətləri bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib. Hər iki xətt üzrə avtobuslar bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.

Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti