...

ANAMA Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb

Cəmiyyət Materials 4 Aprel 2020 03:31 (UTC +04:00)
ANAMA Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart Fərmanı əsasında ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin Direktoru Qəzənfər Əhmədovun 1 aylıq vəzifə maaşı və Agentliyin işçi heyətinin aylıq əmək haqqı fondu hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 (əlli min) manat ianə edilib.

Yardımın edilməsində məqsəd COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz dəstəyini göstərməkdir.
ANAMA kollektivi COVİD-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən bütün tibbi personala, eləcə də güc strukturlarına öz təşəkkürünü bildirir və göstərdikləri təxirəsalınmaz tədbirlərində uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti