...

Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2020 16:39 (UTC +04:00)
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır (FOTO)

Bakı. Trend:

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən millət vəkili seçilən Pərvin Kərimzadə kainatımız, eyzi zamanda ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya koronavirus (COVID-19) infeksiyası ilə mübarizə apardığı bir vaxtda da seçicilərinin yanında olub.

Millət vəkili aztəminatlı ailələrə, tənha yaşayan sakinlərə baş çəkib, müxtəlif ərzaq məhsullarından, gigiyenik vasitələrdən ibarət yardımlar edib, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar onlara maarifləndirici tövsiyələr verib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və millət vəkili Pərvin Kərimzadə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov ilə birlikdə xüsusi karantin rejimi qaydalarına əhali arasında hansı səviyyədə əməl olunmasını yerində araşdırıb, bir sıra əczaxana və ərzaq mağazalarına baş çəkiblər. Reyd zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlər, ən əsas da yaşlı şəxslərlə maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlara tibbi maska və əlcək təqdim olunub, şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti koronavirusla əlaqədar keçirilən tədbirlər çərçivəsində yüzlərlə aztəminatlı ailələrə, tənha yaşayan şəxslərə əlavə maddi və ərzaq yardımı göstərib. Eyni zamanda İcra Hakimiyyətinin əməkdaşları 1 aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti