...

Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib

Cəmiyyət Materials 21 Aprel 2020 12:53 (UTC +04:00)
Bu ay tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 000-dən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ay həmin kateqoriyadan olan insanlara Bakıda və bölgələrdə ümumilikdə 25 mindən çox ərzaq payı verilib. Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılıb təqdim edilib.

Sosial tərəfdaşlar tərəfindən davamlı olaraq həyata keçirilən bu sosial aksiyalar həssas qruplardan olan vətəndaşların rifahına dəstək olmaqla, yaşlı nəslə diqqət və qayğı ilə yanaşılması, xeyirxahlıq kimi milli-mənəvi dəyərlərə sadiqliyi ifadə edir.

Aprelin sonuna kimi daha 30 mindən çox ərzaq payının verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti